İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ əsgərləri bu ölkədə İTKİN DÜŞDÜ

1902 03.05.2026 18:32 Dünya A A

ABŞ-nin Afrika Komandanlığının (AFRICOM) mətbuat xidmətinin yaydığı məlumata görə, Mərakeşin cənub-qərbində keçirilən “Afrika aslanı ” (African Lion) çoxmillətli təlimlərindən sonra iki amerikalı hərbçi itkin düşüb.

Musavat.com xəbər verir ki, hadisə mayın 2-də Atlantik okeanı sahilində, Tan-Tan bölgəsindəki Kap-Draa poliqonu yaxınlığında baş verib.

Hazırda hərbçilərin tapılması istiqamətində ABŞ, Mərakeş və təlimlərdə iştirak edən digər ölkələrin qüvvələrinin cəlb olunduğu genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.

Qeyd edək ki, aprel ayında başlayan və mayın əvvəlində başa çatması planlaşdırılan “Afrika aslanı” təlimləri ABŞ və müttəfiqlərinin iştirakı ilə Afrika qitəsində keçirilən ən böyük illik manevrlərdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR