İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ermənistanda kiçik nüvə reaktorlarının yaradılması imkanlarını araşdırır

442 24.05.2023 02:59 Son xəbər A A

ABŞ Ermənistanda və digər Avrasiya dövlətlərində kiçik modul nüvə reaktorları tikməyi düşünür, onların Rusiya və Çindən enerji müstəqilliyini gücləndirməyə çalışır.

“Report” xəbər verir ki, bu barədə ABŞ hökumətinin Avropa və Avrasiyaya yardım proqramlarının əlaqələndiricisi Mariya Lonqi söyləyib.

“Bir sıra ölkələrdə, o cümlədən Ermənistanda biz Amerika texnologiyasından istifadə etməklə tikilmiş və həm Rusiya, həm də Çindən daha böyük enerji müstəqilliyinə apara bilən kiçik modul nüvə reaktorlarının yaradılmasının mümkünlüyünü qiymətləndiririk”, - o, ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr üzrə komitəsinin dinləmələrində deyib.

Dövlət Departamentinin strukturunda çalışan Lonqi təfərrüatları açıqlamayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR