İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-də transgender boksçuların qadın yarışlarında iştirakına icazə veriləcək

375 31.12.2023 19:39 Dünya A A

ABŞ Boks Assosiasiyası (USA Boxing) 2024-cü ildən transgenderlərin qadın turnirlərində müəyyən şərtlərlə iştirakına icazə verəcək.

Bu barədə “USA Boxing” məlumat yayıb.

18 yaşdan yuxarı transgenderlər öz seçdikləri kateqoriyada döyüşməyə icazə veriləcək. Yetkinlik yaşına çatmayan idmançılar doğulduqları cinslərinə uyğun olaraq yarışlarda iştirak edə biləcəklər.

Atletlər müəyyən meyarlara cavab verməlidirlər. Xüsusilə, onlar yeni cinsi kimliklərini bəyan etməli, cinsiyyət dəyişdirmə əməliyyatı keçirməli və müntəzəm olaraq hormon testlərindən keçməlidirlər.

Hər üç aydan bir hormonlara dair testlərindən keçmək və əməliyyatdan sonra ən azı dörd il ərzində hormon səviyyələrini assosiasiyaya bildirmək tələb olunacaq. Cinsiyyətini dəyişmiş kişilər üçün müəyyən edilmişdir ki, onların qanında testosteron səviyyəsi litrdə 5 nanomoldan yüksək olmamalıdır. Cinsiyyətini dəyişmiş qadınlar üçün bu rəqəm bir litr üçün 10 nanomoldan çox olmalıdır.

Mənbə: Daily Mail

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR