İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-də məktəbə silahlı hücum: 6 nəfər öldürüldü - Matəm elan edildi - FOTO

550 28.03.2023 13:29 Hadisə A A

Amerika Birləşmiş Ştatlarında (ABŞ) məktəblərdən birində yenidən silahlı insident yaşanıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Tennessee ştatının Nashville şəhərindəki “The Covenant” adlı özəl təhsil ocağında baş verib.

Kimliyi naməlum qadın səhər saatlarında 200 şagirdin oxuduğu məktəbə hücum edərək 3-ü şagird olmaqla, 6 vətəndaşı qətlə yetirib.

Nashville Polisinin mətbuata verdiyi açıqlamada üzərində iki avtomat silah və tapança aşkarlanan qadının elə hadisə yerindəcə öldürüldüyü bildirilib.

Hücum edən şəxsin kimliyi hələ ki açıqlanmayıb. Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar aparılır. 

Baş verənlərdən sonra ABŞ Prezidenti Co Bayden ölkədə matəm elan edib. Belə ki, o martın 31-nə qədər Ağ Ev, hərbi qarnizonlar və ölkə daxilində donanma gəmiləri də daxil olmaqla bütün ictimai binalarda bayraqların yarıya endirilməsi barədə göstəriş verib.

Qaydalara əsasən, ABŞ-nin bütün xarici ölkələrdəki səfirlikləri, konsulluqları, hərbi bazaları və donanma məntəqələri də daxil olmaqla bayraqlar yarıya qədər endiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR