İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da polislər gənc oğlanın başını beton döşəməyə vura-vura döydülər - ANBAAN VİDEO

497 22.08.2022 15:00 Hadisə A A

ABŞ-da "polis terroru" hələ də davam edir.

Musavat.com xəbər verir ki, Arkanzas ştatında üç polis bir nəfəri yolun ortasında döyərək ölümcül hala salıblar.

Gəncin başını beton döşəməyə vurub, yumruqla hücum edən polislərin görüntüləri anbaan kameraya əks olunub.

ABŞ polisinin vətəndaşlara qarşı zorakılığı tez-tez ekranlarda əks olunur. Polis zorakılığı nəticəsində həyatını itirənlərin də olduğu ölkədə yeni qalmaqal yaşanıb. Arkanzas ştatının Krouford dairəsində üç polis yolun ortasında bir nəfəri döyüblər. Görüntülərdə 27 yaşlı Randall Worcester-in dəfələrlə yumruqlandığı və başının beton döşəməyə vurulduğu görülüb.

Görüntülər üzə çıxandan sonra polislər işdən çıxarlıb. Arkanzas ştatının qubernatoru Asa Hatçinson hadisənin araşdırılacağını bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR