İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-Çin münasibətləri Ukraynaya görə gərginləşir - Pekin Rusiyaya qarşı çıxmağa məcbur edilir

626 18.03.2022 20:12 Gündəm A A

ABŞ və Çin rəhbərləri Cozef Baydenlə Si Cinpin arasında telefon danışığı gözlənilir. Bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib. Psakinin sözlərinə görə, liderlər Ukraynadakı vəziyyəti müzakirə edəcəklər. “Telefon danışığı Vaşinqton və Pekin arasında rabitə kanallarını açıq saxlamaq səylərinin bir hissəsidir", - Psaki əlavə edib. 

"Prezident Bayden (ÇXR) sədri Si (Cinpin) ilə danışıqlar aparacaq və açıq şəkildə bildirəcək ki, Çin Rusiyanın təcavüzünü dəstəkləmək üçün atacağı istənilən addıma görə məsuliyyət daşıyacaq", - bunu isə ABŞ dövlət katibi Entoni Blinken jurnalistlərə bildirib. 

Çoxları deyirdi, Çin ABŞ-dan qorxub Rusiyaya qarşı sanksiyalara qoşulacaq. Görünən bu ki, rəsmi Pekin manevr edir, zaman qazanır. Çinin Rusiyanın əleyhinə sanksiyaları açıq şəkildə dəstəkləməyə imkanı yoxdur. Amma artıq manevr imkanları da bitir. Ona görə Bayden Si Cinpini Putinə və Rusiyaya qarşı əməldə çıxmağa vadar etməyə çalışır. Bu iki supergüc Rusiya-Ukrayna müharibəsinə görə münasibətləri gərginləşdirəcəkmi? Çinin mövqeyi sona kimi necə olacaq, necə qalacaq?

Avropa NATO-ya alternativ ordu yaradır - rusun, yoxsa ingilisin barmağı...

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli birtərəfli sanksiyaların olmadığını qeyd etdi: “SSRİ dağılandan sonra Çin iqtisadiyyatı Rusiya Federasiyasına o qədər investisiya edib ki, heç bir müharibə və heç bir hədə qorxu Çin və Rusiya arasında çox milyardlı kontraktlar, yatırımlardan rəsmi Pekini imtina etdirən deyil. Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan “Böyük 20-liy”in Çin, Türkiyə, Hindistan, Meksika kimi ölkələri imtina etdi. Çünki qeyd etdiyim ölkələrin hər birisinin Rusiya ilə milyardlar üstündə qurulmuş münasibətləri var və ABŞ-a görə, ələlxüsus da Ukraynaya görə heç kəs hər iki tərəfə sərf edən bu qədər qazanc, paradan imtina edən deyil. Unutmayaq ki, heç bir sanksiya birtərəfli olmur. Rusiyaya tətbiq edilən sanksiyalardan təkcə Moskva deyil, həm də əks tərəfdə ziyan görəcək. Artıq bunun işartılarını da görürük. Putini duelə çağıran İlon Mask belə Rusiyaya tətbiq edilən sanksiyaların kəskin xammal çatışmazlığına və nəqliyyat xərclərinin artımına səbəb olduğu barədə tvit atır. Və hətta bu barədə məşhur “Financial Times” dərgisində çap olunan məqalə ilə razılaşdığını qeyd edir. Abunəçilərinə xitabən də soruşur ki, 2008-ci ildən bu yana Amerikada ilk dəfə olaraq pik həddə çatan inflyasiya barədə nə düşünürlər? Və yaxud Makron söyləyir, əgər rus qazından imtina etsək, gələn il Avropa soyuqdan donacaq. 

Gördüyünüz kimi, sanksiyalar hələ işə düşməmiş artıq Qərb həyəcan təbili çalır. Çin ABŞ-ın təzyiqinə görə Rusiyaya illərdir yatırtdığı milyardlardan imtina edən deyil. ABŞ-ın NATO-dakı müttəfiqi Türkiyə də Rusiyaya qarşı sanksiyalara qoşulmur. ABŞ və Böyük Britaniyanın köhnə tərəfdaşları Hindistan və Meksikada Rusiyaya qarşı sanksiyalara qoşulmadılar. Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ-ın Rusiyaya qarşı iqtisadi blokadası tam düşündüyü kimi həyata keçmədi. Həm də eyni vaxtda həm Rusiya, həm də Çinə qarşı siyasi-iqtisadi qarşıdurmaya ABŞ girən deyil. Çünki bu Vaşinqtonun maraqlarına cavab vermir”.

Əziz Əlibəyli: “Üç cəbhə açmaqla düşməni məhv etmək olar” - MÜSAHİBƏ

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli isə hesab edir ki, Çin heç bir halda Rusiyanı dəstəkləməyəcək: “Proseslər onu göstərir ki, Pekin bu halda Rusiya tərəfindən çıxış etməyəcək. Çünki Çinlə Rusiya arasında ticarət dövriyyəsi Atlantik məkanla Çin arasındakı ticarət dövrüyyəsinin 1-5 faiz arasındadır. Çin Rusiya ilə xarici siyasətdən olduqca az fayda götürür ki, bu ümumiyyətlə, müzakirə mövzusu belə deyil. Təsəvvür edin ki, Qərbi Avropanın iqtisadi məkanında gücü, siyasi imkanlarını və başqa amilləri arxasına alan ABŞ bu istiqamətdə Çini ciddi şəkildə təhdid edə bilər. Pekinin Amerika, Avropa İttifaqı ilə münasibətlərinin həcmi təxminən yüz dəfəyə yaxın Rusiya kimi ölkədən qat-qat artıqdır. Bu gün Çinin iqtisadi gücündəki dayanıqlığın əsas səbəbi məhz Qərb zonasıdır. Ona görə Çini başa düşmək lazımdır. Rusiya, Çin və Amerika arasındakı münasibətlərdə mövcud durum iki dövlət arasındakı münasibətləri rəsmləşdirməyə gətirib çıxarır. Düşünürəm ki, sonda qərar verməli olsa, heç bir halda Çin Rusiyanı dəstəkləməyəcək. Amma bu Rusiyadan da imtina etməsi anlamına gəlməz. Çünki müharibədən kifayət qədər itkilərlə, yaralarla çıxmış Rusiyanın reabilitasiyasında Çin iştirak edə bilər”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR