İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ bu şirkətləri qara siyahıya saldı

2284 20.12.2023 19:57 Dünya A A

Amerika Birləşmiş Ştatları Rusiya ilə bağlı sanksiyalar siyahısına bir neft tankeri və dörd şirkəti də daxil edib.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat verilib.

Nazirliyin Xarici Aktivlərə Nəzarət Ofisinin siyahısına əsasən, Rusiya bayrağı altında üzən SANAR-15 neft tankeri, Bellatrix Energy, Honkonqda yerləşən Covart Energy, həmçinin BƏƏ-də yerləşən SUN Ship Management və Voliton DMCC şirkətlərinə məhdudiyyətlər qoyulub.

Qeyd edək ki, SUN Ship Management Rusiya dövlət şirkəti olan “Sovkomflot”un keçmiş törəmə müəssisəsidir. Bu ilin fevralında Avropa İttifaqı da 90-dan çox neft və maye qaz tankerinə sahib olan şirkəti sanksiya siyahısına daxil edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR