İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ bank sektorunun gəlirinin 18 faizi bir banka məxsusdur

460 27.12.2023 18:31 Dünya A A

“JPMorgan Chase & Co.” bu ilin yanvar-sentyabr aylarında ABŞ banklarının əldə etdiyi bütün mənfəətin demək olar ki, beşdə birinin sahibi olub.

Musavat.com xəbər verir ki, “Financial Times”ın BankRegData-nın məlumatlarına əsasən apardığı hesablamaya əsasən bu ilin 3 rübündə bank təxminən 38,9 milyard dollar və ya ABŞ banklarının ümumi gəlirinin 18 faizini qazanıb.

Bu, bir çox bankın hələ də maliyyə böhranından çıxmaqda olduğu 2009-cu ildən bəri “JPMorgan”ın ən yüksək göstəricisidir. Bu qazancla o, “Bank of America Corp” və “Citigroup Inc.”in ümumi gəlirini üstələyir.

Məqalədə qeyd olunur ki, “JPMorgan”ın Baş İcraçı Direktoru Ceymi Daymon böhran keçirən kiçik həmkarlarını “udmaq” imkanlarından (bu ilin mayında “First Republic”in xilası da daxil olmaqla) və rəqiblərin səhvlərindən istifadə edərək, demək olar ki, hər ölçüdə öz bankını ABŞ-ın ən böyük bankına çevirib.

ABŞ-ın aparıcı banklarının əksəriyyəti yüksək faiz dərəcələrindən faydalanıb. Lakin JPMorgan rəqiblərini qabaqlayaraq “First Republic”i satın almağı bacardı.

Boston Federal Ehtiyat Bankının keçmiş prezidenti Eric Rosengren bildirir ki, "JPMorgan Chase problemli bankları almaq fürsəti yarandıqda doğru zamanda doğru yerdə olmaqda çox bacarıqlıdır".

BankRegData-nın məlumatına görə, 2023-cü ilin ikinci rübündə, “First Republic”in satın alınması sövdələşmə bağlandıqda, JPMorgan ABŞ-ın bütün banklarının birgə qazandığı hər 1 dolların 20 sentini əldə edib. Bu göstərici bir il əvvəl 12 sent idi.

Daymon 2005-ci ilin sonlarında “JPMorgan”da işə başlayanda bankın depozitləri ABŞ-ın ümumi bank sənayesinin təxminən 8 faizini təşkil edirdi. JPMorgan o vaxt “BofA”dan geri qalırdı, lakin indi payını 13 faizdən çox artıraraq irəlidədir.

2021-ci ildə JPMorgan “Wells Fargo”nu keçərək bütün 48 kontinental ştatda filial açmaqla ölkə üzrə ən çox filialı olan banka çevrilib.

JPMorgan-ın bazar dəyəri il ərzində 25,6 faiz, S&P 500 isə 24,4 faiz artıb. “Citi”nin kapitallaşması 13,5 faiz, “Wells Fargo” 20,2 faiz, BofA - 2,2 faiz artıb.

JPMorgan Chase 200 il əvvəl təsis edilib və investisiya bankçılığı və etibarlı idarəetmə xidmətlərinin göstərilməsi üzrə dünya liderlərindən biridir. İdarə etdiyi aktivlərin həcmi 2,6 trilyon dolları ötür. İşçilərin sayı 250 min nəfərdən çoxdur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR