ABŞ Avropa ölkələrini Qəzza zolağı ilə bağlı sərt seçim qarşısında qoyub.
Musavat.com xəbər verir ki, "Axios" nəşrinin jurnalisti Barak Ravidin məlumatına görə, amerikalı rəsmilər Avropa diplomatlarına bildiriblər ki, əgər Avropa dövlətləri Qəzzada yaradılması planlaşdırılan Beynəlxalq Təhlükəsizlik Qüvvələrinə (ISF) əsgər göndərməsələr və ya bu addımı atan ölkələrə dəstək verməsələr, İsrail ordusu (ÇAXAL) Qəzzadan çıxmayacaq.
Məlumata əsasən, Vaşinqton Qəzzada müharibədən sonrakı dövr üçün təhlükəsizlik məsuliyyətinin bölüşdürülməsini Avropanın üzərinə qoymaq istəyir. ABŞ tərəfi hesab edir ki, beynəlxalq qüvvələrin iştirakı olmadan İsrailin hərbi mövcudluğunun sona çatması mümkün deyil.
Bu xəbər Avropada ciddi narahatlıq yaradıb. Bir sıra ölkələr Qəzzaya qoşun göndərməyin hərbi və siyasi risklər daşıdığını bildirir. Buna baxmayaraq, Vaşinqtonun mesajı açıqdır: Avropa iştirak etməzsə, İsrail Qəzzada qalacaq.
Musavat.com






