İnsanlara hürriyət, millətlərə istiqlal!

Abramyan Paşinyanı belə İFŞA ETDİ

990 25.07.2023 14:28 Region A A

“Ermənistan parlamentinin müxalif deputatı Tiqran Abramyan baş nazir Nikol Paşinyanın 44 günlük müharibənin araşdırılması üzrə istintaq komissiyasının iclasındakı çıxışını tənqid edib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, öz feysbuk səhifəsində yazıb.

Abramyan Paşinyanın həmin çıxışında “2020-ci ildə 44 günlük müharibə başlamazdan əvvəl silah və hərbi texnikanın alınmasına 608 milyard (1 milyard 500 milyon ABŞ dolları) xərcləndiyi” barədə sözlərini xatırladıb.

“Təqdim olunan rəqəmin son dərəcə mübahisəli olduğunu nəzərə alaraq, 2018-2020-ci illərdə bu vəsaitə hansı silah modellərinin, hansı miqdarda və hansı qiymətə alındığını öyrənmək üçün iyunun 26-da Müdafiə Nazirliyinə rəsmi sorğu göndərdim. Bu günə kimi Müdafiə Nazirliyi müraciətimə cavab verməyib. Bunun əsas səbəbi mövzu ilə bağlı istənilən məlumatı əngəlləməyə çalışan hökumətin verdiyi əmrdir”, - deyə erməni deputat yazıb.

“Paşinyan hökumətinin 2018-2020-ci illərdəki əsas əməliyyatları İordaniyadan alınan “Su-30” qırıcıları və “Osa-AK” hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı olub.

Bu müddət ərzində hökumətin ictimaiyyətə açıqlamadığı başqa alışlar da olub, mənim bunlardan xəbərim var idi, lakin bu məbləğlərin Paşinyanın təqdim etdiyi rəqəmlərlə heç bir əlaqəsi yoxdur. 2018-ci ildən əvvəl də silah və hərbi texnika alınıb, lakin onların tədarükü 2018-20-ci illərdə həyata keçirilib. Ona görə də bir çox açıqlamalarda olduğu kimi, reallıqla heç bir əlaqəsi olmayan və ya bir qayda olaraq, son dərəcə manipulyasiya xarakterli rəqəmlər səsləndirilir. Hökumət guya ölkəni qurtarmaq üçün hər şeyi etdiyini göstərmək istəyir. Lakin bu, böyük ərazi və insan itkilərinə səbəb olan mübarizənin imitasiyasıdır”, - deyə Tiqran Abramyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR