İnsanlara hürriyət, millətlərə istiqlal!

Abramoviç və Moşkoviçin göz yaşları Avropa məhkəməsində keçmədi

693 23.12.2023 15:57 Dünya A A

Avrop Birliyi Ədalət Məhkəməsi rusiyalı milyarderlər Roman Abramoviç və Vadim Moşkoviçə qarşı sanksiyaların ləğvi ilə bağlı iddiaları rədd edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, hər iki iş adamı məhkəmədə Putinin yaxın çevrəsinə daxil olmadıqlarını və Ukrayna müharibəsi ilə heç bir əlaqələrinin olmamasında təkid edirmiş.

Abramoviç: “Prezident Putinlə yaxın və uzunmüddətli əlaqələr saxlamadığını”; "federal büdcəyə verdiyi töhfənin əhəmiyyətli olmadığını"; Krımın işğalı və Ukraynada sabitliyin pozulması qərarında iştirak etmədiyini; bildirib.

Bundan başqa Roman Abramoviç savaş zamanı “humanitar yardım göstərdiyini” və “sülh danışıqlarında iştirakını” xatırladıb.

Milyarderin sözlərinə görə, sanksiyalar onun “sülhməramlı fəaliyyətinə” mane olur.

Məhkəmə öz qərarında Abramoviçin Rusiyanın ən böyük vergi ödəyicilərindən biri olan “Evraz”dakı roluna istinad edib (Abramoviç həmin şirkətdə 28,64% payla ən böyük səhmdar sayılır).

Rusiyanın kənd təsərrüfatı və qida sektorunun iri fiqurlarından sayılan Vadim Moşkoviç də Abramoviç kimi “Putinin yaxın çevrəsinə girmədiyini və siyasətlə məşğul olmadığını” söyləyib. Moşkoviçin dediyinə görə, 2022-ci il fevralın 24-də Putinlə görüşdə olması onun Rusiya Federasiyası hökumətinə gəlir gətirən aparıcı iş adamlarından biri olması anlamına gəlmir. Bundan başqa Moşkoviç “hökumətin kənd təsərrüfatı sahəsində siyasəti ilə razılaşmadığını” vurğulayıb və buna görə hakimiyyət tərəfindən biznesinə təzyiqlər olduğunu bildirib.

Lakin məhkəmə rusiyalı milyarderin “göz yaşlarına” inanmayıb və Moşkoviçi “Rusiya iqtisadiyyatının sektorunda büdcəni əhəmiyyətli dərəcədə dolduran aparıcı iş adamı” kimi tanıyıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR