İnsanlara hürriyət, millətlərə istiqlal!

Abovyan: “Paşinyan sülh müqaviləsi üçün Konstitusiyaya dəyişiklik edir” 

872 20.12.2023 13:32 Dünya A A


 Paşinyanın dünənki müsahibəsində Ermənistan Konstitusiyasının və Müstəqillik Bəyannaməsinin dəyişdirilməsi ilə bağlı maskalanmış mesajlar yer alıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə siyasi şərhçi, revanşist ekspert Arman Abovyan öz Telegram kanalında yazıb.

Qeyd edək ki, həmin müsahibədə Paşinyan “Qarabağı Azərbaycanın bir hissəsi kimi ilk tanıyan rusların olduğunu və 30 il ərzində Qarabağ məsələsini həll etmək şansının olmadığını bildirib.

“Bütün bunlar niyə edilir? Hər şey çox sadədir.

Çünki Ermənistan Konstitusiyası dəyişdirilmədən, Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınmasına dair hər hansı sənəd, saziş, bəyannamə mahiyyət etibarı ilə etibarsız sayılır. Yəni sülh anlaşması Konstitusiyaya dəyişiklik etmədən mümkün deyil”,-deyə o qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR