İnsanlara hürriyət, millətlərə istiqlal!

83 yaşlı kraliça taxt-tacı oğluna verəcəyi tarixi açıqladı

1035 31.12.2023 23:42 Dünya A A

Danimarka kraliçası II Marqaret 52 illik hakimiyyətdən sonra 2024-cü il yanvarın 14-də taxtdan imtina edəcək.

Musavat.com xəbər verir ki, bu barədə II Marqaretin kral sarayının saytında dərc olunmuş bəyanatında məlumat verilib.

"Bu ilin fevralında kürəyimdən geniş əməliyyat keçirdim. Mənə qulluq edən həkimlərin səriştəsi sayəsində hər şey yaxşı keçdi. Bununla belə, əməliyyat mənə gələcək haqqında düşünməyə əsas verdi - mənim üçün məsuliyyəti gələcək nəslə ötürmək vaxtıdır.

14 yanvar 2024-cü ildə, sevimli atamın yerinə keçməyimdən 52 il sonra taxt-tacdan əl çəkib, hakimiyyəti oğlum şahzadə Frederikə ötürəcəyəm”, - bəyanatda deyilir. Qeyd edək ki, Kraliçanın hazırda 83 yaşı var. Margrethe Alexandrina Thorhildur Inqrid qədim Skandinaviya kralları, Britaniya kraliçası Viktoriya və rus imperatoru Mariya Feodorovnanın varisi - İmperator III Aleksandrın həyat yoldaşı olmuş Danimarka şahzadəsi Daqmaradır.

Vəliəhd şahzadə Marqret Kopenhagen və Orhus, Paris və London universitetlərində, həmçinin Danimarka Qadın Korpusu Eskadron Liderləri Məktəbində təhsil alıb. O, gələcək əri qraf Henri de Laborde de Monpezat ilə diplomatik xidmətdə olduğu Londonda tanış olub. Kral cütlüyünün iki oğlu var - vəliəhd şahzadə Frederik və şahzadə Yoahim.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR