İnsanlara hürriyət, millətlərə istiqlal!

74 yaşlı kişi laqunda ilə ayağını doğradı - Öldü

707 11.06.2026 19:29 Hadisə A A

Quba rayonunda 74 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Musavat.com oxu.az-a istinadla xəbər verir ki, hadisə iyunun 10-da axşam saatlarında rayonun Cağacuq kəndində baş verib.

Kənd sakini 1952-ci il təvəllüdlü Əşrəf Baloğlanov yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidə dəmir borunu kəsərkən laqunda ehtiyatsızlıqdan əlindən çıxaraq ayağını doğrayıb.

O, ailə üzvləri tərəfindən xəstəxanaya aparılarkən kəskin qan itirməsi nəticəsində ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR