Aparıcı Samirə Mustafayeva sosial şəbəkədə Çində təhsil alan qızı ilə bağlı paylaşımıyla diqqət çəkib.
O, izləyiciləriylə qızı ilə yazışmasını bölüşüb. Yazışmada Nuran anası üçün darıxdığını və evə qayıtmaq istədiyini ifadə edib.
Daha sonra isə Samirə Mustafayeva övladı ilə yenidən qovuşduğu anları izləyiciləri ilə paylaşıb. Aparıcı həmin görüntüləri sosial şəbəkə hesabında yayımlayaraq sevincini bölüşüb.
Qeyd edək ki, Samirə ATV-nin keçmiş aparıcısı Vaqif Aydınoğlu ilə ailəli olub. Nuran onun bu nikahdan olan övladıdır. Cütlük bir neçə il əvvəl ayrılıb. Nuran Şanxayda təhsil alır. (Axşam.az)






