İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızardılmış ət sevənlər oxusun

475 11.07.2026 16:35 Yaşam A A

Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların mütəmadi istehlakı sağlamlıq üçün potensial risk yarada bilər.

Onkoloqların sözlərinə görə, manqal zamanı və ya yüksək temperaturda uzun müddət bişirilən ət məhsullarının səthində heterotsiklik aminlər və polisiklik aromatik karbohidrogenlər kimi zərərli kimyəvi birləşmələr yarana bilər. Bu maddələr isə uzunmüddətli təsir zamanı orqanizmdə xərçəng riskini artıran amillərdən biri hesab olunur.

Həkimlər vurğulayırlar ki, bu tip qidaların təsadüfi və ölçülü şəkildə istehlakı əksər hallarda ciddi təhlükə yaratmır. Lakin yanmış və yüksək temperaturda hazırlanmış ət məhsullarının davamlı istifadəsi, eləcə də digər risk faktorları ilə birlikdə sağlamlığa mənfi təsirlərin ehtimalını artıra bilər.

Mütəxəssislər həmçinin qida hazırlanan mətbəx avadanlıqlarına diqqət yetirməyi, xüsusilə örtüyü zədələnmiş və istifadəyə yararsız hala düşmüş tavaların qida bişirilməsində istifadə edilməməsini tövsiyə edirlər. (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR