İnsanlara hürriyət, millətlərə istiqlal!

69 uşağın ölümünə bais olan əczaçılar ağır cəza aldılar

707 26.02.2024 15:40 Dünya A A

Özbəkistanda Əczaçılıq Sənayesinin İnkişafı Agentliyinin keçmiş rəhbəri Sardor Kariyev “Doc-1 Max” işi üzrə 18 il, onun müavinləri 16 il, “Quramax”ın keçmiş direktoru Raqnevr Pratar isə 20 il həbs cəzası alıb.

Musavat.com podrobno.uz-a istinadla xəbər verir ki, Daşkənd Şəhər Cinayət Məhkəməsi bu gün keçirilən iclasda “Doc-1 Max” işi üzrə əsas müttəhimlər barəsində hökm çıxarıb.

Əczaçılıq Sənayesinin İnkişafı Agentliyinin sabiq direktoru Sərdor Kariyev Cinayət Məcəlləsinin 186-3-cü maddəsinin 4-cü hissəsinin “a” və “b” bəndləri və digər maddələri ilə təqsirli bilinib. Cəza olaraq o, 18 il müddətinə azadlıqdan məhrum edilib. O, həmçinin 2 il 6 ay müddətinə dövlət orqanlarında rəhbər vəzifələrdə işləmək hüququndan məhrum edilib. Cəzanın hesablanması həbs edildiyi andan - 24 yanvar 2023-cü il tarixindən başlayır.

Əczaçılıq Agentliyinin rəis müavinləri Əmirxon Əzimov və Nodirbek Musayev 16 il müddətinə azadlıqdan məhrum ediliblər.

"Quramax" şirkətinin direktoru Ragnevdra Prathara 20 il həbs cəzası kəsilib.

“Doc-1 Max” siropu səbəbindən dünyasını dəyişən 56 uşağın valideynlərinə və digər qanuni nümayəndələrinə bir milyard som məbləğində təzminat ödəniləcək. Daha dörd qurbana 500 və 200 milyon som pul verilməlidir.

Hindistanın “Marion Biotech” şirkətinin dərmanları, o cümlədən öskürək siropu “Doc-1 Max” işi üzrə məhkəmə prosesi ötən ilin yayında başlayıb. Onlar ən azı 69 uşağın ölümünə səbəb olub, daha bir neçəsi isə əlil olub. Ümumilikdə cinayət işində 23 nəfərin (18 kişi və 5 qadın) adı keçib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR