İnsanlara hürriyət, millətlərə istiqlal!

66 yaşlı general hər avtomobilə görə 1000 dollar alacaq... - Polkovnik yeganə yolu AÇIQLADI

7844 27.04.2023 16:23 Gündəm A A

“Qarabağdakı rus sülhməramlılarının yeni rəhbəri, 66 yaşlı general-polkovnik Aleksandr Lentsov dinc azərbaycanlıları qətlə yetirib”.

Bakupost.az xəbər verir ki, bu iddia ilə “AZfront” Teleqram kanalı çıxış edib.

“1990-cı ildə Lentsov SSRİ Silahlı Qüvvələrinin 98-ci diviziyasına daxil olan 331-ci qvardiya hava-desant alayının komandiri olub. Həmin ilin yanvarında bu diviziya Bakının və Azərbaycanın digər rayonlarının dinc əhalisinin qırğınında iştirak edib”, - məlumatda qeyd olunur.

Sözügedən iddiaya münasibət bildirən hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Musavat.com-a açıqlamasında bildirib ki, belə bir fakt aşkarlanarsa, bu, Rusiyanın Azərbaycana qarşı növbəti hörmətsizliyi və özbaşınalığı kimi qiymətləndirilməlidir.

8768c7c3d95932bb35634aa5e828e4a3.jpg (191 KB)

Ekspert vurğulayıb ki, Lentsov həm yaşına, həm də rütbəsinə görə 90-cı illərdə xidmətdə olub:

“Yoxlasalar, bəlkə Dmitri Yazovla da yaxınlığı olub. Bildiyim qədər, Aleksandr Lentsov bir neçə qaynar nöqtədə olub”.

“Lentsovun təyinatı nəyisə dəyişəcək?” sualına ehtiyatda olan polkovnik belə cavab verib: 

“Lentsovun təyinatı heç nəyi dəyişməyəcək. Sergey Şoyqu onu göndərib ki, dostu pul qazansın. Azərbaycan Laçın yolunda post qurub deyə ermənilər üçün qeyri-qanuni yüklərin daşınması çətin olacaq. Orada xidmət ən yüksək səviyyədə təşkil olunacaq. Amma rus sülhməramlıları onu özləri üçün lazım olan yük kimi sənədləşdirə bilərlər, o yükdən ermənilərə 2-3 qat baha da sata bilərlər. Prinsip etibarilə bundan əvvəlki komandan Andrey Volkov onunla məşğul idi. Hər avtomobilə görə 1000 dollar alırdı. Separatçılar da bəzən bundan narazılıq bildirirdilər. Ötən ay ermənilər sülhməramlıların müvəqqəti yerləşdiyi qərargaha hücum etmişdilər. Onlardan çox pul alındığını iddia edirdilər.  

Bildiyim qədərilə, Aleksandr Lentsov Krasnodar doğumludur. Orada da ermənilər çox olur. Lentsovun həyat yoldaşı həmin ermənilərin bir nümayəndəsidir. Rusiya onu o səbəbdən təyin edib ki, ermənilərlə münasibət tamamilə korlanmasın.

Lentsov ən yüksək halda guya 102-ci bazaya öz tələbatlarına uyğun yükləri daşıyacaq. Onu da ermənilərə ya baha qiymətə satacaq, ya da onların yüklərini öz yükü adı altında gətirəcək. Biz ona nəzarət edə bilməyəcəyik ki, ora gətirilən hərbi, yaxud mülki təyinatlı yüklər rusların özünə lazımdır, yoxsa separatçılara. Bunun da qarşısını almaq üçün yeganə yol var – biz qeyri-qanuni silahlı birləşmələrin oradan çıxarılması ilə bağlı tələb irəli sürməliyik. Biz öz vətəndaşlarımız olan ermənilərə lazım olanların aparılıb-gətirilməsinə şərait yaradacağıq. Biz postun qurulması ilə kifayətlənsək, problemlər dərinləşə bilər”.  

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR