İnsanlara hürriyət, millətlərə istiqlal!

"6 ildə 3 milyon insan cinayətlərin qurbanı olub" - BMT

300 23.05.2023 10:49 Son xəbər A A

2015-2021-ci illərdə baş verən qətllər nəticəsində təxminən 3 milyon 100 min insan həyatını itirib.

AzVision.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) rəhbəri Qada Fəthi Vali BMT-nin Vyana ofisində Cinayətin Qarşısının Alınması və Cinayət Mühakiməsi Komissiyasının 32-ci Sessiyasının iclasında deyib. O, dünyada ədliyyə sisteminin fəaliyyətində problemlərin olduğunu bildirib.

Vali dünyanın demək olar ki, hər qitəsində qeyri-sabitlik və qarşıdurmaların yaşandığını, bu vəziyyətə görə daha çox insanın mütəşəkkil cinayət və zorakılığa məruz qaldığını və bunun ədaləti daha da əlçatmaz etdiyini vurğulayıb.

O, narkotik ticarəti, müxtəlif mütəşəkkil cinayət birləşmələri və korrupsiyanın ölkələri milyardlarla dollardan məhrum etdiyinə diqqət çəkib:

"Qeydlərə görə, dünyada münaqişə və müharibələrdən qaçan məcburi köçkünlərin sayı keçən il ilk dəfə olaraq 100 milyonu keçib. 2015-2021-ci illər arasında dünyada təxminən 3 milyon 100 min insan qətllər nəticəsində həyatını itirib. COVID-19 məhdudiyyətləri səbəbindən 2020-ci ildə adam öldürmə nisbətlərində azalma olsa da, 2021-ci ildə rəqəmlər yenidən artıb".

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR