İnsanlara hürriyət, millətlərə istiqlal!

58,5 min seçici səsi yoxa çıxıb: Ermənistanda müəmmalı vəziyyət

957 01.07.2026 23:29 Dünya A A

Ermənistanda parlament seçkilərinin nəticələri ilə bağlı mübahisələr davam edir.

Musavat.com xəbər verir ki, Qaqik Sarukyanın partiyasının Konstitusiya Məhkəməsindəki nümayəndəsi, hüquqşünas Aram Orbelyan yekun çıxışında bildirib ki, "Çiçəklənən Ermənistan" Partiyasına verilən 58 500 səs itirilməməlidir və bu məsələni Konstitusiya Məhkəməsi həll etməlidir.

Onun sözlərinə görə, "Çiçəklənən Ermənistan" Partiyasının lehinə 58 500 səs verilib ki, bu da 4 faizdən çoxdur. Lakin bəzi seçki məntəqələrində nəticələrin ləğv edilməsi partiyanın seçicilərin iradəsinin əksinə olaraq parlamentə düşməməsi ilə nəticələnib.

Orbelyan bildirib ki, müzakirələr zamanı Mərkəzi Seçki Komissiyasının sədri üç seçki məntəqəsində nəticələr ləğv edilməsəydi, "Çiçəklənən Ermənistan" Partiyasının parlamentə düşüb-düşməyəcəyi ilə bağlı suala cavab verməyib. Onun sözlərinə görə, cavab birmənalı şəkildə "bəli"dir, lakin komissiya sədrinə bu suala cavab verməmək tapşırılıb.

Hüquqşünas hesab edir ki, Konstitusiya Məhkəməsi Konstitusiyanın aliliyini təmin etməli və parlament seçkilərinin nəticələrini ləğv etməlidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR