İnsanlara hürriyət, millətlərə istiqlal!

48 il həbsdə olan şəxsin günahsız olduğu ÜZƏ ÇIXDI FOTO VİDEO

975 21.12.2023 15:56 Dünya A A

1974-cü ildə ABŞ-ın Oklahoma ştatında törədilən qətlə görə 48 il 1 ay 18 gün həbsdə olan 71 yaşlı Qlin Simmonsun günahsız olduğu üzə çıxıb.

Musavat.com  "Haberler.com"a istinadən xəbər verir ki, Simmons ABŞ tarixində ən uzun haqsız yerə həbs edilən şəxs olub.

Məlumata görə, o, iyul ayında hakimin yenidən işə baxılmasına göstəriş verdikdən sonra sərbəst buraxılıb. Bazar ertəsi rayon prokuroru Simmonsun işinə yenidən baxılması üçün heç bir sübut olmadığını bildirib. Çərşənbə axşamı Oklahoma dairəsinin hakimi Emi Palumbo onun günahsız olduğunu elan edib.

Qeyd edək ki, Simmons Oklahomada bir içki mağazasını qarət edərkən Karolin Syu Rocersin qətlinə görə mühakimə olunub və 1975-ci ildə Don Roberts ilə birlikdə ölüm cəzasına məhkum edilib. Daha sonra cəzaları ömürlük həbslə əvəz edilib. Simmons bildirib ki, qətl baş verən zaman doğulduğu Luiziana ştatında olub.

Məlumata görə, Oklahoma ştatında haqsız yerə həbs edilənlərə 175 min dollara qədər təzminat ödənilə bilər. Hazırda qaraciyər xərçəngi ilə mübarizə aparan Simmons yaşayış xərcləri və kimyaterapiya müalicəsi üçün minlərlə dollar toplayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR