İnsanlara hürriyət, millətlərə istiqlal!

397 sərnişin yanan təyyarədən 90 saniyəyə çıxarıldı - Tokio hava limanında görünməmiş olay

1830 02.01.2024 14:42 Dünya A A

Tokio hava limanında sərnişin təyyarəsindəki yanğın hələ də davam edir. Hazırda bütün dünya mətbuatının diqqəti təyyarədəki sərnişinlərin təxliyəsi prosesinə yönəlib.

Belə ki, 397 sərnişin alova qərq olmuş təyyarədən cəmi 90 saniyə ərzində təxliyə edilib. Təxliyə prosesindən yayılan görüntülər sərnişinlərin panikaya düşməyərək xilasedicilərə tam dəstək verdiklərini göstərir.

Hadisə böyük sərnişin təyyarəsi eniş zolağına enən vaxtı baş verib: 6 sərnişinin olduğu kiçik təyyarə qəfildən onun yoluna çıxıb. Toqquşmadan sonra böyük təyyarədə yanğın başlayıb. Onun sərnişinləri və ekipaj üzvləri tam təxliyə edilsə də, kiçik təyyarədəki 6 nəfərin taleyindən xəbər yoxdur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR