İnsanlara hürriyət, millətlərə istiqlal!

39 yaşlı özbəyə ABŞ-da 19 il iş veriblər - Telefonunda uşaq pornoşəkilləri aşkarlanıb

758 17.05.2024 18:20 Dünya A A

ABŞ-də bir özbəkistanlı kişinin mobil telefonunda uşaq cinsi istismarının fotoşəkilləri aşkarlandığına görə həbs və məhkum edilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ-ın rayon hakimi Vendi Berqer 39 yaşlı Özbəkistan vətəndaşı Sulton Nuriyevi uşaqlara qarşı cinsi istismar materiallarını daşıdığına görə 19 il həbs cəzasına məhkum edib. Nuriyev 2023-cü il sentyabrın 26-da günahını etiraf edib.

Məhkəmə sənədlərinə görə, 2022-ci il yanvarın 13-də Nuriyev ABŞ-dan Daşkəndə gedib və 20 fevral 2022-ci ildə Amerikanın Orlando şəhərinə (Florida ştatı) qayıdıb. Nuriyev ABŞ-a qayıtdıqdan sonra ABŞ gömrük və sərhəd mühafizəsi agenti Nuriyevin mobil telefonunda sərhəddə yoxlama aparıb və uşaqlara qarşı cinsi zorakılığı əks etdirən şəkillər aşkar edib.

Sonrakı araşdırmalar müəyyən edib ki, Nuriyev Özbəkistanda olarkən internetdə özünü 12 yaşlı oğlan kimi təqdim edib və azyaşlı qızları aldadıb, sonra onları ona seksual xarakterli şəkillər göndərməyə məcbur edib.

İş ABŞ Gömrük və Sərhəd Mühafizəsi və Federal Təhqiqat Bürosu tərəfindən araşdırılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR