İnsanlara hürriyət, millətlərə istiqlal!

37 min insana sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edildi

730 09.10.2023 09:12 Hadisə A A

Yaponiyanın bəzi sahilyanı ərazilərində yaşayan sakinlər təxliyə barədə xəbərdarlıq alıb.

Bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Buna səbəb Sakit Okeanda baş verən zəlzələ ilə əlaqədar sunami təhlükəsidir.

Tateyama şəhərinin səlahiyyətlilərinə görə, təxminən 37 min insan bildiriş alıb.

Yaponiya Milli Meteorologiya İdarəsinin məlumatına görə, indiyədək Haçico adasında, Oqasavara adalarında, Çiba prefekturasında, Koçi prefekturasında və ölkənin Sakit okean sahillərindəki digər yerlərdə hündürlüyü 20-60 sm olan dalğalar qeydə alınıb.

Dağıntı qeydə alınmayıb.

Sahilboyu rayonların sakinlərinə ayıq-sayıq olmaları və dənizdən uzaq olmaları barədə xəbərdarlıq edilir.//APA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR