İnsanlara hürriyət, millətlərə istiqlal!

37 gündür ki, İranda internet xidməti yoxdur - NetBlocks

592 05.04.2026 17:20 Dünya A A

Beynəlxalq internet monitorinq xidməti NetBlocks-a görə, İranda internet xidməti 37 gündür ki, demək olar ki, tamamilə kəsilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, NetBlocks-un sosial media paylaşımında bu barədə bildirilib: "İranda internetin kəsilməsi tarixdə qeydə alınan ən uzun müddətli ölkə miqyaslı kəsinti olub, miqyasına görə bütün digər oxşar hadisələri geridə qoyub və hazırda 37 gün və ya 864 saat davam edib".
Qeyd edək ki, 37 gün öncə ABŞ-İsrail tandem İrana aviasiya və raket zərbələri endirməyə başlayıblar. Yerli hökumətin internet xidməti məhdudlaşdırması bu üzdəndir.

Ancaq onu da əminliklə söyləmək olar ki, hər halda İranda internet kəsintisi total xarakter daşımır, ayrı-ayrı dövlət qurumlarının internetə çıxışı qalıb. Çünki onlar dünyada, qonşu ölkələrdə baş verənlərdən anındaca xəbər tuturlar və internet resurslarına vaxtaşırı mətnlər və videolar yükləyirlər.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR