İnsanlara hürriyət, millətlərə istiqlal!

30 il baş həkim olan Baxşəliyev mənimsədiyi pulun 300 minini qaytardı: "Mən tək deyiləm"

2165 29.04.2022 16:26 Kriminal A A

Qaradağda, Sahil qəsəbəsində yerləşən 23 nömrəli şəhər xəstəxanasının sabiq baş həkimi Rəsul Baxşəliyev və işçilərinin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Musavat.com xəbər verir ki, 30 il baş həkim olan 85 yaşlı Baxşəliyev Bakı Ağır Cinayətlər Məhkəməsində hakim önünə çıxarılır.

Sonuncu prosesdə prokuror çıxış edərək Baxşəliyevin 11 il azadlıqdan məhrum edilməsini istəyib.

Prokuor baş həkimlə birlikdə cinayət məsuliyyətinə cəlb edilən müavini Zinyət İbrahimovanın 10 il 6 ay, həkim Afət İbrahimovanın 8 il, bağban kimi rəsmiləşdirilən sürücü Əli Əliyevin isə isə 4 il həbs cəzası verilməsi istəyib.

İttihama görə baş həkim bir sıra şəxslərin adlarını xəstəxanada bağban, tibb bacısı, sanitar, həkim kimi rəsmiləşdirib və ,onlarən maaşlarını mənimsəyib.

İstintaq dövründə baş həkim mənimsədiyi pulun 300 min manatını ödəyib. Vəkili deyir ki, bundan artıq ödəməyə imkanı yoxdur.

Baxşəliyev özünü qismən təqsirli bilib və məbləğlə razı olmadığını deyib.

"Həm də mən tək deyiləm. Bu işi təkbaşına görməmişəm" deyən Baxşəliyev əməlindən peşman olduğunu söyləyib.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR