İnsanlara hürriyət, millətlərə istiqlal!

3 yaşlı uşaq anası tərəfindən şiddət görür? - VİDEO

533 05.09.2022 15:47 Hadisə A A

Abşeron rayonunda 3 yaşlı uşağın şiddət gördüyü iddia edilib. 

Musavat.com xəbər verir ki, bu barədə Oxu.Az-ın redaksiyasına şikayət ünvanlanıb. 

İddia edilib ki, rayonun Masazır qəsəbəsi, “Qurtuluş-93” ünvanında ana hər gün uşağına işgəncə verir. 

Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ barədə ünvana baş çəkilərək lazımi tədbirlər görüləcək:

“Bundan əvvəl də uşaqla bağlı qanunamüvafiq tədbirlər görülüb”. 

Daxili İşlər Nazirliyindən isə saytımıza bildirilib ki, uşağın işgəncə görməsi ilə bağlı Abşeron Rayon Polis İdarəsinə müraciət edilməyib.

Qeyd edək ki, uşağa şiddət göstərdiyi iddia edilən qadının 1984-cü il təvəllüdlü, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan Bəhrəmova Jalə Bəhrəm qızı olduğu bildirilir. Bir müddət əvvəl qadının uzun müddət yuxu dərmanlarının təsiri altında olduğu və uşağının baxımsız vəziyyətdə qaldığı aşkarlanmışdı. Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən azyaşlı Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilmişdi.

Həmin qadın Bakıda sığınacaq qarşısında uşağının oğurlandığını iddia etmişdir. Qadına təyin olunmuş diaqnoz “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, xəstənin psixiatriya stasionarında qeyri-könüllü yerləşdirilməsinə əsas vermədiyi üçün Jalə Bəhrəmova evə yazılıb.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR