İnsanlara hürriyət, millətlərə istiqlal!

3 yaşlı qızını döyərək öldürdüyü üçün ömürlük məhkum edilən qadının son sözləri hər kəsi ŞOKA SALDI

2298 21.01.2023 03:17 Kriminal A A

Ankarada 3yaşlı qızı Elif Lülecioğlunu başmaq ilə döyərək öldürməkdə təqsirli bilinərək saxlanılan Şerife Lülecioğlu ömürlük həbs cəzasına məhkum edilib.

Musavat.com xəbər verir ki, 36 yaşlı qadının keçirilən sonuncu məhkəməsindəki ifadəsi hər kəsi şoka salıb.

Şerife Lülecioğlu ərinin içki və qumar aludəçisi olduğunu iddia edərək bunları deyib: "Həmin gün ərim gəldi, sərxoş idi. Məni hədələdi, dalaşdıq. Sonra əsəb böhranı keçirdim. Özümə gələndə qızım nəfəs almaqda çətinlik çəkdi, daha sonra anamı çağırdım. Qızımı xəstəxanaya apardıq".

Lakin onun bu sözlərinin yalan olduğu bildirilib. Məhkəmə qadının bu ifadəsini qəbul etməyib. Ömürlük həbs cəzası qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Şerife Lülecioğlu 2006-2018-ci illərdə bir əyləncə məkanında işləyərkən tanış olduğu və münasibətdə olduğu M.G.-dən olan qızı Elif Lülecioğlunu 2022-ci il martın 21-də evdə saxladığı pişiklərlə oynayarkən başmaq ilə döyüb. Şerifə Lülecioğlu qızının aldığı zərbələrdən huşunu itirdiyini anlayınca anası Asiye İ.-yə zəng edərək vəziyyəti izah edib. Evə gələn Asiye İ. nəvəsini qızı ilə birlikdə xəstəxanaya aparıb. Reanimasiya şöbəsində müalicə alan Elif 6 gün sonra dünyasını dəyişib. Nəzarətə alınan Şerife Lülecioğlu Sülh Cəza Məhkəməsi tərəfindən həbs olunaraq ədliyyəyə gətirilib.

Ankara Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Şerife Lülecioğlu haqqında “özünü fiziki və mənəvi cəhətdən müdafiə edə bilməyən aşağı nəsildən olan uşağı dəhşətli bir hisslə qəsdən öldürmək” ittihamı ilə ağırlaşdırılmış ömürlük həbs cəzası ilə iddia açılıb.

Məhkəmə heyəti təqsirləndirilən Şerife Lülecioğluna ağırlaşdırılmış ömürlük həbs cəzası verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR