İnsanlara hürriyət, millətlərə istiqlal!

3 gün əvvəl dövlətə xəyanətə görə həbs edilən rusiyalı alim öldü

1092 03.07.2022 10:21 Hadisə A A

Novosibirsk Dövlət Universitetinin (NSU) kvant optik texnologiyaları laboratoriyasının rəhbəri, alim Dmitri Kolker xərçəng xəstəliyindən vəfat edib.

Musavat.com Rusiya telegram kanallarına istinadən xəbər verir ki, bu barədə “Mash Sibir” teleqram kanalı məlumat yayıb. Bildirilir ki, alim xərçəngin dördüncü mərhələsi üçün müalicə alırdı.

O, iyunun 30-da Kolker xəstəxanadan çıxarılaraq Moskvadakı Lefortovo istintaq təcridxanasına aparılıb. Bu gün yaxınlarına bildirilib ki, iyulun 2-də Dmitri Kolker xəstəxanada dünyasını dəyişib.

Bundan əvvəl Novosibirsk şəhərinin Sovet Rayon Məhkəməsi Dmitri Kolkeri dövlətə xəyanətdə ittiham edərək həbs edib. O, Çin kəşfiyyatına dövlətin məxfi məlumatlarını verməkdə ittiham olunub.

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR