İnsanlara hürriyət, millətlərə istiqlal!

27 milyon dollarlıq mirasını BÖLÜŞDÜRƏCƏK - 50 əcnəbi AXTARIR

1690 14.01.2024 18:50 Dünya A A

Dünyanın ən böyük kimya şirkətlərindən biri olan BASF-nin qurucusu Fridrix Engelhornun 31 yaşlı nəvəsi Marlen Engelhorn 27 milyon dollarlıq mirasını başqalarına bağışlamaq üçün 50 əcnəbi axtarır.

Musavat.com xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Qeyd olunub ki, M.Engelhorn 2022-ci ilin sentyabrında vəfat edən nənəsi Traudl Engelhorn-Veçiyattodan qalan 27,4 milyon dollarlıq mirası paylamaq üçün qrup yaradıb. O, 16 yaşdan yuxarı təsadüfi seçilmiş Avstriya vətəndaşlarına Yenidən Bölüşdürmə Şurasına üzv olmaq üçün 10 min dəvət göndərib. Seçilmiş 50 iştirakçı və 15 ehtiyatdan ibarət şura mart-iyun ayları arasında Zalzburqda toplanacaq. İştirakçıların yol xərcləri qarşılanacaq və onlara 1300 dollar veriləcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR