İnsanlara hürriyət, millətlərə istiqlal!

25 yaşlı aktyor evində ölü tapıldı - FOTO

887 01.08.2023 15:14 Hadisə A A

Amerikalı aktyor Anqus Cloud vəfat edib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı gənc aktyor evində ölü tapılıb.

Məlumatlara görə o, 1 həfət əvvəl itirdiyi atasının ölümü ilə barışa bilməyib. Bu barədə gəncin ailəsi bildirib:

"Anqus atasının yoxluğunu qəbul edə bilmədi. Çox mübarizə apardı, amma olmadı. Yeganə təsəllimiz odur ki, o, artıq ən yaxın dostu olan atasının yanındadır. Onlar qovuşdular".

Anqus Cloudun səbəbi isə hələ ki, açıqlanmayıb.

Qeyd edək ki, Anqus Cloud "Euphoria" serialı ilə məşhurlaşıb. O, ekran işində "Fezco" obrazına həyat verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR