İnsanlara hürriyət, millətlərə istiqlal!

"21 minə yaxın "Vaqner" muzdlusu məhv edilib" - Zelenski ŞOK FAKTLARI AÇIQLADI

793 01.07.2023 11:52 Gündəm A A

“Ölkənin şərqində gedən döyüşlər zamanı Ukrayna ordusu “Vaqner” Xüsusi Hərbi Şirkətinin 21 minə yaxın muzdlusu məhv edilib”.

Musavat.com “Report”-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski İspaniyanın “El Mundo” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, döyüşlər zamanı “Vaqner”in ən güclü bölmələri sıradan çıxarılıb: “Əlbəttə, onlar ancaq hücum edə bilərdilər. Hücumdan başqa çarələri yox idi. Əks halda öz silahdaşları tərəfindən öldürüləcəkdilər. Bu, onların gücünün əsas sirri idi”.

V. Zelenskinin sözlərinə görə, döyüşlər zamanı 80 minə yaxın “Vaqner”çi yaralanıb: “Bu, əks-hücum əməliyyatlarımızın tərkib hissəsidir. Döyüşçülərimiz irəli getməyə hazırdırlar”.

Ukrayna liderinin fikrincə, Belarusa yerləşən “Vaqner”çilər oradan yeni təhdid yarada bilərlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR