İnsanlara hürriyət, millətlərə istiqlal!

2023-cü ildə dünyasını dəyişən məşhurlar

1662 16.12.2023 10:03 Son xəbər A A

2023-cü ili yola salmağımıza sayılı günlər qalıb. Bu ildə Azərbaycanın ictimai-siyasi, eləcə də mədəniyyət sahəsində xeyli uğurlar qazanıldı. Bununla belə itirdiyimiz məşhurlar da oldu.

Musavat.com onlardan bir neçəsini təqdim edir:

Ramiz Məlik.

Ramiz Məlik vəfat etdi — Yenilənib

İki gün öncə, dekabrın 14-də Azərbaycan mədəniyyətinə ağır itki üz verdi. Görkəmli teatr və kino aktyoru, Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Ramiz Məlik 80 yaşında vəfat etdi. Qeyd edək ki, Ramiz Məlik həm teatr, həm də kino sahəsində yaratdığı müxtəlif obrazları ilə yadda qalıb. Aktyor “O qızı tapın”, “Qatır Məmməd”, “Sevinc buxtası”, “Babək”, “Qəm pəncərəsi”, “Qara gölün cəngavəri” və s. bədii filmlərində, “Günahsız Abdulla” (M.Cavaxaşvili), “Kimin sualı var?” (N.Həsənzadə) “İnanmırsansa…” (Ə.Hacızadə) və s. televiziya tamaşalarında yaddaqalan rollar oynayıb.

Milli teatr və kino sənəti sahəsindəki xidmətləri yüksək qiymətləndirilən sənətkar 1982-ci ildə “Əməkdar artist”, 1998-ci ildə “Xalq artisti” fəxri adlarına, 1984-cü ildə respublikanın Dövlət mükafatına (“İblis” tamaşasına görə; yaradıcı heyətin bir qrup üzvü ilə birlikdə), 2019-cu ildə “Şöhrət” ordeninə, 2023-cü ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Tünzalə Əliyeva.

Əməkdar artist Tünzalə Əliyeva vəfat edib

“Toppuş bacı” kimi məşhurlaşan aktrisa, Əməkdar artisti Tünzalə Əliyeva uzun sürən xəstəlikdən sonra yanvar ayının 22-də 49 yaşında dünyasını dəyişdi. Aktrisa "Kişiləri qoruyun", "Yoxlama", "Qocalar" və sairə bədii filmlərində, həmçinin məşhur "3 bacı", "Qız atası", "Qardaşlar" seriallarında sevilən obrazlar yaradıb.

Qeyd edək ki, aktrisanın qızı Zəhra hazırda "İkinci bahar" serialında iştirak edir.

Ramiz Novruz.

Ramiz Novruz vəfat etdi

Xalq artisti, teatr və kino aktyoru Ramiz Novruz da bu il itirdiyimiz məşhurlar sırasındadır. Xalq artisti fevralın 20-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. Ramiz Novruz "Sizi dünyalar qədər sevirdim", "Qorxma, mən səninləyəm", "Topal Teymur", "Nizami", "Cavid ömrü", "Cavad xan" və sairə bədii filmlərində, "Pərvanələrin rəqsi", "Vicdan haqqı" teleresiallarında unudulmaz obrazlar yaradıb. 2018-ci ildən Prezident təqaüdçüsü idi.

Deputat Madər Musayev

Azərbaycanda deputat vəfat etdi Yeni Sabah

İyulun 14-də Milli Məclisin deputatı Madər Musayev 75 yaşında qəfil ürəktutmasından vəfat edib.

Xalq artisti İranə Tağızadə

9 aprel tarixində dünyadan köçən məşhurlardan biri də Azərbaycan Respublikasının Xalq artisti İranə Tağızadədir. Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İranə Tağızadə 65 yaşında ürəktutmasından vəfat edib.

Oqtay Əliyev.

Oqtay Əliyevin BU ARZUSU gerçəkləşəcək - AÇIQLAMA » Gundelik-Baku.Com

Televiziya prodüseri, rejissor Oktay Əliyev 22 mart 2023-cü ildə 54 yaşında yol qəzasında həlak olub. Oqtay Əliyevin idarə etdiyi "Lexus Lx470" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Qəza nəticəsində Oqtay Əliyev dünyasını dəyişib, avtomobildə olan Xalq artisti Mehriban Zəki və Əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıblar. Qeyd edək ki, Oktay Əliyev 2020-ci ildə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdü. 

Müğənni Emil Rəhmanoğlu

Əməkdar artist Rəhman Rəhmanın müğənni oğlu Emil Rəhmanov sentyabrın 19-da 44 yaşında dünyasını dəyişib. Atası Rəhman Rəhmanovun sözlərinə görə Emilin ürəyində problem olub və onu xilas etmək mümkün olmayıb.

Əməkdar artist, “Qaya” dövlət ansamblının direktoru Rüfət Babayev

Əməkdar artist Rüfət Babayev vəfat edib

“Qaya” dövlət ansamblının direktoru Rüfət Babayev 19 fevral tarixində Moskvada ürəktutmadan dünyasını dəyişib.

Azərbaycanın keçmiş Baş naziri Surət Hüseynov

Azərbaycanın keçmiş Baş naziri Surət Hüseynov 31 iyul 2023-cü ildə 64 yaşında İstanbulda vəfat edib.

İlahiyyatçı Hacı Şahin Həsənli

Hacı Şahinin son statusu - "Ölməyə gəldim" - FOTO

Azərbaycanın tanınmış ilahiyyatçısı Hacı Şahin Həsənli bu ilin martın 2-də dünyasını dəyişib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi 48 yaşında infarktdan həyatını itirib. İlahiyyatçı Yasamal qəbiristanlığında dəfn olunub.

Aftandil İsrafilov.

Aftandil İsrafilov: “İstəyirəm canım bu xəstəlikdən qurtulsun”

Məhşur qarmon ifaçısı, Xalq artisti Aftandil İsrafilov aprelin 29-da səhhətində yaranan problemlər səbəbilə yerləşdirildiyi xəstəxanada dünyasını dəyişdi. Aftandil İsrafilov Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına, 2016-cı ildə "Şöhrət" ordeninə layiq görülüb. O, 2003-cü ildən Prezident təqaüdçüsü idi.

Zülfüqar Hüseynzadə

Tanınmış baş redaktor Zülfüqar Hüseynzadə Kəlbəcərdə vəfat etdi - ACI  XƏBƏR- VİDEO

Zülfüqar Hüseynzadə. Moderator.az saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadə də bu il qəfil dünyasını dəyişmiş tanınmışlardan biridir. Qeyd edək ki, 52 yaşlı jurnalist iyunun 17-də doğma yurdu, Kəlbəcərin Başlıbel kəndinə gedib, gecəni orada keçirib. Səhərə yaxın onun səhhəti qəfil pisləşib və ürəktutmasından vəfat edib.

Qeyd edək ki, Başlıbeli kəndinin digər sakinləri kimi Zülfüqar Hüseynzadə də erməni vəhşiliyinin əziyyətini çəkib. Başlıbeli qətliamında ermənilər onun da yaxınlarını qətlə yetiriblər. Uzun illər o, çətin, ağrılı məcburi köçkün həyatı yaşayıb.  Kəlbəcər işğaldan azad edildikdən sonra tez-tez ora səfər edir, Başlıbelidə yaxınlarının məzarlarını ziyarət edirdi. Onun qəfil vəfatı ölkə mediasını dərin sarsıtmışdı.

Aktrisa, rəssam Alagöz Salahova

Xalq rəssamı Tahir Salahovun qızı rəssam Alagöz Salahova 19 sentyabr 2023-cü il tarixində 70 yaşında vəfat edib. O, uzun müddət xəstəlikdən əziyyət çəkib. O, “Dantenin yubileyi”, “Özgə ömür”, “Bağlı qapı kimi filmlərdə aktrisa kimi də çıxış edib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə 3 oktyabr 2023-cü ildə dünyasını dəyişmişdir. O, Birinci Fəxri xiyabanda dəfn olunmuşdur.

Tanınmış diktor Ramiz Qafarov

İllərlə ölkənin mərkəzi stadionunda, idman və mədəniyyət saraylarında səsi ilə diqqətləri üzərinə çəkən tanınmış diktor 26 oktyabrda ürəktutmasından dünyasını dəyişib.

Natəvan Babayeva.

Natəvan Babayeva dəfn olundu - Fotolar - Yenilənib

Tanınmış jurnalist, televiziya aparıcısı Natəvan Babayeva isə iyulun 20-də uzun sürən xəstəlikdən sonra 45 yaşında dünyasını dəyişib.

Xalq artisti Azərpaşa Nemətov

Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azər Paşa Nemətov 9 aprel 2023-cü ildə 75 yaşında vəfat etmişdir. O, İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.

Qənirə Paşayeva.

Qənirə Paşayeva komaya düşdü

Millət vəkili Qənirə Paşayeva isə sentyabrın 28-də uzun sürən ağır xəstəlikdən sonra 48 yaşında dünyasını dəyişib. Onun qəfil vəfatı bütün ölkədə dərin hüznlə qarşılandı. Qeyd edək ki, Qənirə Paşayeva Gürcüstanın "Şərəf" ordeni ilə təltif olunub, 10-dan artıq elmi və publisistik kitabın, yüzlərcə məqalənin müəllifi, 20-yə yaxın sənədli filmin ssenari müəllifi və baş məsləhətçisi olub.

Tanınmış kinorejissor, Əməkdar artist Elxan Qasımov

Əməkdar artist Elxan Qasımov vəfat edib

May ayınını 29-da Elxan Məmməd oğlu Qasımov səhhətində yaranan problem səbəbindən vəfat edib.

Müğənni Zeynəb Dostəliyeva

Nazpəri Dostəliyevanın bacısı VƏFAT ETDİ - FOTO Vaxtmedia.az

Xalq artisti Nazpəri Dostəliyevanın bacısı olan Zeynəb Dostəliyeva 5 fevral 2023-cü ildə qaraciyər serrozundan dünyasını dəyişib.

Jurnalist Ellada Mustafayeva

Jurnalist Ellada Mustafayeva vəfat edib | 1news.az | Xəbərlər

Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ellada Mustafayeva fevralın 28-də vəfat edib.

Jurnalist Mübariz Əhmədov

1999-cu ildən Rusiyanın Vladivostok şəhərində nəşr olunan “Azərbaycan” qəzetinin təsisçisi və ilk baş redaktoru, jurnalist Mübariz Əhmədov sentyabrın 13-də 54 yaşında ürək tutmasından vəfat edib.

Kamil Vəli Nərimanoğlu

Kamil Vəli Nərimanoğlu : "Ərdoğandan gözləyirəm ki..."

Son olaraq dünən axşam saatlarında, tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, AYB üzvü, Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Kamil Vəli Nərimanoğlu vəfat edib. Kamil Vəli Nərimanoğlu ürəktutmasından dünyasını dəyişib.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR