İnsanlara hürriyət, millətlərə istiqlal!

"2021-ci ildə inflyasiya 12 faiz təşkil edib" - Baş nazir

653 15.03.2022 11:30 Gündəm A A

2021-ci ildə Azərbaycanın dövlət borcu 7,4 milyard ABŞ dolları təşkil edib. Bunu Milli Məclis qarşısında Nazirlər Kabinetinin hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirdi.

Hökumət başçısının sözlərinə görə, ötən il 12 aylıq inflyasiya 12 faiz təşkil edib. Ümumi inflyasiyanın 60 faizi ərzağın payına düşüb.

Baş nazir bildirdi ki, minimum əmək haqqı 250 manatdan 300 manata çatdırılıb, 800 min işçinin maaşı 20 faiz artırılıb. Ümumilikdə 2022-ci il üzrə əmək haqqı, pensiyalar və müavinətlər artırılıb ki, bu da 3,4 milyon nəfəri əhatə edir. Bu artımlar üçün 2,1 milyard manat nəzərdə tutulub. 2021-ci ildə əlillərə və şəhid ailələrinə 3 mindən artıq mənzil hədiyyə edilib. Həmçinin 44 günlük Vətən müharibəsində şəhid olanların ailələrinə və əlillərə bütövlükdə 55 milyon manatdan çox sığorta ödənişləri edilib.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR