İnsanlara hürriyət, millətlərə istiqlal!

“2 əsrlik xəstəliyə Azərbaycan və Türkiyədən ŞOK ZƏRBƏ” - 100 ildən sonra ayıla bilməsinlər...

1980 13.06.2023 16:04 Gündəm A A

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl VOMA terrorçuları sərhədimizdə mövqe tikmələri ilə bağlı öz teleqram səhifələrində görüntü və məlumat paylaşıb.

Erməni terror təşkilatının fəallaşması yeni təxribatlara yol aça bilərmi?

“Ermənistanda VOMA kimi bir neçə təşkilat var ki, mülki əhalini müharibəyə hazırlayır. Bu baxımdan VOMA-nın fəallaşması yenilik deyil. Təbii ki, onlar daim nəzarətdədir”. 

Bunu Musavat.com-a hərbi ekspert Telman Qasımov deyib.

telman.jpg (34 KB)

O xatırladıb ki, ermənilərin “hərbi-vətənpərvərlik” təşkilatı olan VOMA-nın rəhbəri keçmiş Qarabağ döyüşçüsü, kəşfiyyatçı Vova Vartanovdur:

“Bu təşkilat yeniyetmələrə, məktəblilərə meşələrdə, dağlarda təlimlər keçir, onlara revanşizm ideologiyasını aşılayır. Onlara Azərbaycana qarşı nə zamansa başlayacaq əks-hücum müharibəsində iştirak etmək və az miqdarda itki vermək sənətini öyrədirlər. 44 günlük müharibədə onların dəstələrindən iştirak edənlər də oldu. Vova Vartanov gecə-gündüz Azərbaycan, Türkiyə əleyhinə təxribatlarla məşğuldur.

VOMA terrorçularının sərhədimizdə mövqe tikmələrində məqsədləri hazırda guya Azərbaycan tərəfindən gözlənilən hücumun qarşısını almaq, gələcəkdə isə daha da formalaşıb, Azərbaycana qarşı hücuma keçib “itirdikləri torpaqları” geri qaytarmaqdır. Onlar uzun illərdir bu işlərlə məşğul olurlar.  

Ermənistanın dövlət ideologiyasının, kilsə ideologiyasının, diaspora ideologiyasının əsasını Türkiyə və Azərbaycana qarşı torpaq iddiaları, qisasçılıq mövqeyi təşkil edib.

Doğrudur, sülh müqaviləsi imzalana bilər, amma Azərbaycanla Ermənistan arasında olan problemlər hələ uzun illər çəkəcək. Çünki bu millət 200 ildir o ideologiya ilə yaşayır, onların türkə nifrəti genetik xəstəlik kimi nəsildən-nəslə keçib.

Onların qarşısını almaq üçün Türkiyə ilə konkret strateji hədəfimiz olmalıdır. O quldurlara qarşı birdəfəlik əməliyyat keçirməliyik, onlara sarsıdıcı zərbə vurmalıyıq ki, 100 ildən sonra ayıla bilməsinlər. Bunun başqa yolu yoxdur. Onların pusquları bitmək bilmir. Bir sözlə, düşmən pusqudadır, biz ayıq-sayıq olmalıyıq”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR