Musavat.com xəbər verir ki, Çində bir şirkət rəhbərliyi əməkdaşını “xəstəlik icazəsi günü 16 min addım atdığına görə” işdən azad edib. Hadisə böyük rezonans doğurub və məhkəməyə qədər çatıb.
Çin mediasının məlumatına görə, rəhbərlik işçini işdən çıxarmaq üçün müşahidə kameralarının görüntülərinə əsaslanıb. Kadrlar göstərib ki, o, bel və ayaq ağrılarından şikayət etməsinə baxmayaraq, məzuniyyət ərizəsi verdiyi gün şəhərdə gəzib və “qaçıb”.
Lakin sonradan məlum olub ki, həmin gün işçi heç də əylənməyə çıxmayıb, əksinə – rəhbərliyin ofisinə tələsirmiş. Yəni onun sürətli hərəkətinin səbəbi məhz rəhbərliklə görüşmək olub.
Məhkəmə yekun qərarında işçinin tərəfində dayanıb və şirkətin onu işdən çıxarmasını əsassız sayıb.
Məlumata görə, həmin şəxs daha əvvəl belində yaranan zədə səbəbindən iki dəfə xəstəlik məzuniyyətinə çıxıb və bunu tibbi arayışla da təsdiqləyib. Üçüncü dəfə məzuniyyət istədiyi gün isə işə tələsdiyi üçün ağrılarının yenidən başladığını bildirib.
Hadisə sosial mediada geniş müzakirə olunub və istifadəçilər şirkət rəhbərliyini “əməkdaşın şəxsi həyatına müdaxilə”də ittiham ediblər.
Musavat.com






