İnsanlara hürriyət, millətlərə istiqlal!

145 illik tikinti başa çatdı: Dünyanın ən hündür xristian məbədi açıldı - VİDEO

10548 12.06.2026 03:24 Dünya A A

İspaniyanın Barselona şəhərində tarixi hadisə baş verib.

Musavat.com xəbər verir ki, Sagrada Familia məbədinin ən yüksək hissəsi olan İsa Məsih qülləsinin tikintisi tamamlanıb və bununla da tikili dünyanın ən hündür xristian məbədi statusunu qazanıb.

Qüllənin zirvəsinə çəkisi təxminən 100 ton olan şüşə və poladdan hazırlanmış nəhəng xaç quraşdırılıb. 172,5 metr hündürlüyündə olan qüllə Sagrada Familianın ən yüksək hissəsinə çevrilib.

Məbədin tikintisi 1882-ci ildə başlanıb. Layihənin müəllifi, məşhur katalon memarı Antonio Qaudi həyatının 40 ilini bu əsərə həsr etsə də, 1926-cı ildə vəfat etdiyindən tikintinin tamamlanmasını görə bilməyib.

İsa Məsih qülləsinin açılışı və təqdis mərasimi Qaudinin vəfatının 100-cü ildönümünə təsadüf edən 10 iyun 2026-cı ildə keçirilib.

Bununla belə, Sagrada Familia hələ tam hazır sayılmır. Qarşıdakı mərhələdə daxili bəzək işləri və əsas giriş hissəsinin inşası davam etdiriləcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR