İnsanlara hürriyət, millətlərə istiqlal!

14 yaşlı qızla evlənən şəxs həbs edildi

1477 17.05.2023 21:11 Kriminal A A

Mayın 16-da Astara Rayon Məhkəməsində 14 yaşlı qızla evləndiyinə görə barəsində cinayət işi açılmış 29 yaşlı Samir Babayevə (şərti) hökm oxunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, S.Babayev Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilinib. Ona 9 ay həbs cəzası verilib və məhkəmə zalındaca həbs edilərək cəzasını çəkəcəyi yerə göndərilib.

Araşdırmalar zamanı məlum olub ki, fəhləliklə məşğul olan Samir 2022-ci ilin sonlarında Şəmkirdə olarkən 14 yaşlı Aybikə (şərti) ilə tanış olub və onlar bir-birlərinə nömrələrini veriblər. Bundan sonra mütəmadi əlaqə saxlayıblar və qız Samirə onu qaçırmasını bildirib. Bu il yanvarın 7-də Samir Şəmkirə gedərək Aybikəni Bakıya qaçırıb, bir gün sonra isə yaşadığı Astara rayonuna aparıb və orada ər-arvad kimi yaşamağa başlayıblar.

Bir neçə gün sonra polis əməkdaşları Astaranın kəndinə gələrək Samir və Aybikəni saxlayıblar və onları Şəmkirə aparıblar.

Yeniyetmə qız ailəsinə təhvil verilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR