İnsanlara hürriyət, millətlərə istiqlal!

13 yaşlı qızı qaçıran 44 yaşlı kişiyə ittiham irəli sürüldü: Məhkəməyə çıxarılır

1041 25.05.2023 16:18 Kriminal A A

Tovuzda 13 yaşlı qızı qaçırmaqda təqsirləndirilən 44 yaşlı Səfər Kavazov məhkəmə qarşısına çıxarılır.

Musavat.com apa-ya istinadən xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 152.2 (On dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu gün təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılacaq.

Qeyd edək ki, mayın 20-də 13 yaşlı Ə.Tağıyeva yaşadığı Tovuz rayonunda itkin düşüb. Sonradan onun ailə qurmaq məqsədilə öz istəyi ilə Xaçmaz rayonuna getdiyi bildirilib. Polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyeva Xaçmaz rayonunda tapılıb. Onu qaçırmaqda şübhəli bilinən Səfər Kavazov saxlanılıb, cinayət işi açılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR