İnsanlara hürriyət, millətlərə istiqlal!

12 manata görə su pulu yığan 43 yaşlı kişi öldürüldü - VİDEO FOTO

2072 27.02.2024 10:16 Kriminal A A

Tərtərdə baş verən qətlin bəzi təfərrüatları məlum olub.

Hadisə zamanı qətlə yetirilən 1981-ci il təvəllüdlü Şəmilov Elburus Cəbrayıl oğlu rayonun Suvarma sistemleri idarəsinin işçisi olub. Zərərçəkən Buruc kəndi ərazisində əkin sahələrinə görə su pulu yığan zaman 1971-ci il təvəllüdlü Hüseynov Muradxan İsa oğlu mübahisə edib.

Muradxan Hüseynov pulu olmadığını və əkin sahəsinə görə suyun ödənişini edə bilməyəcəyini bildirib. Bu zaman tərəflər arasında söyüş üstündə mübahisə yaranıb. Muradxan Hüseynov Elbrus Şəmilovu kəsici alətlə qətlə yetirib.

Hadisəni törədən şəxs tutulub, faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.

Onu da qeyd edək ki, qətlə yetirilən Elburus Şəmilov barəsində cinayət işi olub və məhkəmənin icraatında imiş. (APA)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR