İnsanlara hürriyət, millətlərə istiqlal!

"100 milyon avro versələr də, onu satmayacağıq"

1471 03.09.2022 15:28 İdman A A

"Bavariya"nın idman direktoru Hasan Salihamidzic klubun yarımmüdafiəçi Camal Musialanı satmaq fikrində olmadığını açıqlayıb.

Qol.az "Sky Sport"a istinadən xəbər verir ki, o, çox böyük məbləğ təklif edilsə belə, alman futbolçu ilə yolları ayırmaq istəməyəcəyini söyləyib: “Gələn il Musiala üçün 100 milyon avrodan çox təklif edilərsə, biz nə edəcəyik? O satılmır”.

Qeyd edək ki, C. Musiala klub tarixində Bundesliqada 50 oyun keçirən ən gənc futbolçu olub. O, Almaniya çempionatının 26-cı turunun "Hoffenhaym"la oyununda meydana daxil olaraq 19 yaş 14 günlük yaşda bu həddə çatıb. Ümumilikdə Musiala “Bavariya”nın heyətində 83 oyun keçirib, 20 qol vurub və 9 qolun ötürməsini verib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR