İnsanlara hürriyət, millətlərə istiqlal!

10 yaşlı Nərminin qətli üzrə məhkəmədə şok iddia:"Şübhəli ibtidai istintaqa ifadələrini təzyiq altında verib"

2153 24.08.2022 21:13 Hadisə A A

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Musavat.com-un xəbərinə görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi materiallarının elan edilməsi və tədqiqi aparılıb. Məhkəmə prosesi 2 saata yaxın davam edib.

Məhkəmə prosesində İlkin Süleymanov ibtidai istintaq zamanı ifadələrin bir çoxunu təzyiq altında verdiyini qeyd edib. Təqsirləndirilən şəxsin vəkillərinin sözlərinə görə, İlkin yanlış ifadələr verməyə məcbur edilib.

Məhkəmə prosesindən sonra Nərmin Quliyevanın atası Şərif Quliyev mətbuata açıqlama vermək istəməyib.

Məhkəmə prosesi avqustun 31-nə təxirə salınıb.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham elan olunub.

İlham Məmmədov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR