İnsanlara hürriyət, millətlərə istiqlal!

10 min konteyner və 14 milyon dollar YARDIM - Qətər əmiri Türkiyədə

4014 12.02.2023 19:22 Gündəm A A

Xəbər verdiyimiz kimi, Türkiyəyə gələn Qətər əmiri Şeyx Təmim bin Həməd əl Tani Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Musavat.com bildirir ki, görüş Prezidentin Vahdettin İqamətgahında mətbuata qapalı keçirilib.

Səfər çərçivəsində Türkiyə Qətər arasında ikitərəfli əlaqələrin inkişafı ilə yanaşı, regional məsələlər müzakirə olunub.

Eyni zamanda Qətər Televiziyası da zəlzələ qurbanları üçün "Yardım və Dəstək" adlı kampaniyaya başlayıb. Qətər əmiri Şeyx Təmim də Türkiyə və Suriyadakı zəlzələ qurbanları üçün 50 milyon riyal (14 milyon dollar) yardım edib. Qətərdə keçirilən kampaniyada indiyədək 70 milyon riyal (təxminən 19 milyon dollar) toplanıb.

63e8e671e4bfdd3e88530fb3.jpg (65 KB)

Qətərin zəlzələ qurbanları üçün Türkiyəyə göndərəcəyi 10 min konteyner evin ilk hissəsi də yoldadır.

Qətər İnkişaf Fondunun direktoru Xəlifə bin Casim əl-Kevari paytaxt Dohada konteyner evlərinin yükləndiyi Beynəlxalq Hamed Limanında Əmir Şeyx Təmim bin Hamed Al Saninin göstərişi ilə mətbuata açıqlama verib. Türkiyə və Suriyada zəlzələ qurbanları üçün 10 min konteyner evin daşınmasına başlanıldığını söyləyib.

Bu gün yola düşən ilk yük gəmisi ilə birlikdə 306 konteyner evinin göndəriləcəyini ifadə edən Kevari, qalan hissələrin də sürətli daşınması üçün işləri davam etdirdiklərini söyləyib. Qeyd edək ki, Qətər Xarici İşlər Nazirliyi Türkiyə və Suriyada zəlzələdən zərər çəkmiş bölgələrə yardım işləri çərçivəsində 10 min konteyner evinin göndəriləcəyini açıqlamışdı.

Son olaraq məlumat üçün onu da qeyd edək ki, Qətər əmiri zəlzələlərdən sonra Türkiyəyə səfər edən ilk dövlət başçısıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR