İnsanlara hürriyət, millətlərə istiqlal!

10 min AZN-dən çox qızıl, 46 min rus rublu: Qusarda silsilə oğurluqlar edən şəxs ƏLƏ KEÇDİ

373 30.07.2022 14:14 Kriminal A A

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, oğurluq hadisələrini törətməkdə şübhəli bilinən şəxsin rayon sakin Şahin Əfəndiyev olduğu məlum olub.

Araşdırmalar zamanı həmin şəxsin rayon ərazisində müxtəlif evlərdən oğurluq etməklə ümumilikdə zərərçəkmişlərə 1 300 manatdan çox pul, 46 000 rus rublu və ümumi dəyəri 10 000 manatdan çox olan qızıl-zinət əşyalarını gizli talamaqla zərər vurduğu müəyyən edilib.

Faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Ş.Əfəndiyevin barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR