İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan ŞOK: Putinin “Drujba”sı PARTLADILDI, Pokrovskda QIRĞIN - CANLI

1148 03.12.2025 16:07 Son xəbər A A

 

Rusiyada Avropanın bir sıra ölkələrinə neft nəql edən “Drujba” kəmərinin bir hissəsində partlayış baş verib. “RBC-Ukrayna” öz mənbələrinə istinadən məlumat yayıb. Ukrayna Baş Kəşfiyyat İdarəsindəki mənbələrin verdiyi məlumata görə, neft kəmərinə hücum Taqanroq–Lipetsk hissəsində, Kazinskiye Vısellki yaşayış məntəqəsi yaxınlığında həyata keçirilib.

Mənbənin sözlərinə görə, kəmərin həmin hissəsini məhv etmək üçün uzaqdan idarə olunan partlayıcı qurğu və daha güclü yanma effekti yaratmaq məqsədilə əlavə yandırıcı qarışıqlardan istifadə olunub.
Rusiya silahlı qüvvələri Pokrovsk şəhərini tam olaraq nəzarətə götürüb. Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri yazır.


Məlumata görə, demək olar ki, bir ilə yaxın davam edən döyüşlər artıq başa çatıb və şəhər Rusiya qoşunlarının nəzarətinə keçib.
Nəşr qeyd edir ki, Pokrovskun itirilməsi cəbhə xəttində ciddi dəyişiklik yaradır və şəhər Rusiya ordusu üçün Dnepropetrovsk vilayətinə doğru irəliləmək üçün strateji plasdarm rolunu oynaya bilər.

Ukrayna tərəfi hələlik xəbəri rəsmi şəkildə təsdiqləməyib. Şəhərin taleyi və cəbhədə vəziyyətlə bağlı məlumatlar dəqiqləşdirilir.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Heydər Oğuzla müzakirə edir.


https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR