İnsanlara hürriyət, millətlərə istiqlal!

Təzəxan Mirələmlinin saxlanılması xəbəri yalan çıxdı

3588 05.12.2025 20:46 Son xəbər A A

Musavat.com xəbər verir ki, AXCP fəalı, Azadlıq qəzetinin əməkdaşı kimi təqdim olunan Təzəxan Mirələmlinin saxlanılması barədə yayılan məlumat təsdiqini tapmayıb.

Rəsmi mənbələrdən əldə etdiyimiz məlumata görə, onun həbs edilməsi, evində axtarış aparılması və DTX-ya aparılması barədə iddialar həqiqətə uyğun deyil. Xəbərin ilkin yayımlanması Azadlıq qəzeti və bəzi AXCP-yə yaxın sosial media qaynaqlarına istinadla baş tutsa da, sonradan məlumatın yanlış olduğu dəqiqləşib.

Qeyd edək ki, AXCP sədri Əli Kərimlinin həbsindən sonra partiya daxilində həbs dalğasının davam etdiyi bildirilirdi və Təzəxan Mirələmlinin də saxlanıldığı iddiası həmin kontekstdə yayılmışdı. Lakin aparılan yoxlamalar bu gün belə bir əməliyyatın gerçəkləşmədiyini göstərib.

Hazırda Təzəxan Mirələmlinin sərbəst olduğu bildirilir və onun barəsində hər hansı tutulma və ya istintaq prosesi aparıldığı barədə rəsmi təsdiq yoxdur.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR