İnsanlara hürriyət, millətlərə istiqlal!

Revanşistlərin Türkiyə–Azərbaycan qorxusu: “Metal sərhəd belə bizi qorumayacaq”

568 09.12.2025 23:24 Son xəbər A A

Musavat.com xəbər verir ki, Ermənistanda revanşist mövqeyi ilə tanınan köşə yazarı Arman Abovyan Vaşinqton sənədinin Ermənistan üçün heç bir real təhlükəsizlik təminatı vermədiyini açıqlayıb. O, açıq şəkildə qorxu içində bildirir ki, bu sənəd nə Ermənistanı müdafiə edir, nə də bölgədəki güc balansını dəyişir.

Abovyan iddia edir ki, rəsmi İrəvan bu “kağız sənədin” müqabilində “TRIPP” adı altında praktiki olaraq Zəngəzur dəhlizini Azərbaycana şübhəli şərtlərlə təhvil verir. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti bununla öz təhlükəsizlik maraqlarını daha da zəif duruma salır.

Revanşist yazar eyni zamanda Kirants bölgəsində quraşdırılan metal sərhəd hasarının belə Türkiyə–Azərbaycan tandemi qarşısında heç bir çəkindirici qüvvə olmadığını etiraf edir.

Qorxduqları məqam: Ankara və Bakı hərbi qərar verəcəyi halda nə bu hasar, nə də Vaşinqton bəyannaməsi Ermənistanı xilas edə bilər. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR