İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov: Putin və Tramp arasında danışıq üçün konkret razılaşma hələ yoxdur

556 13.10.2025 14:21 Son xəbər A A

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin və Donald Tramp arasında danışıq üçün hələlik dəqiq razılaşma yoxdur.

Musavat.com xəbər verir ki, Peskov diqqətə çatdırıb ki, "Tomahavk" kimi mürəkkəb raketlərin idarə olunması üçün ABŞ mütəxəssislərinin iştirakı tələb olunacaq.

Latviyadan rus vətəndaşlarının deportasiyası ilə bağlı Peskov qeyd edib ki, Rusiya vətəndaşları öz doğma vətəninə qayıdaraq orada həyatlarını qura bilərlər.

O, həmçinin vurğulayıb ki, ABŞ Moskva və Kiyev arasında mövcud fasilədən xəbərdardır və mövzu ilə tanışdır.

Peskov əlavə edib ki, Rusiya və ABŞ arasında Ukrayna məsələləri üzrə əlaqələr uyğun kanallar vasitəsilə davam edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR