İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan: "Bu gündən bizi söyənlərə cavab verməyəcəyik" - İrəvanda "nəzakət qanunu"

798 02.12.2025 10:29 Son xəbər A A

Ermənistan baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının İdarə Heyətinin yeni “Etika Qanunvericiliyi” qəbul etdiyini açıqlayıb.

Musavat.com-un xəbərinə görə, Paşinyan sosial şəbəkədə yazdığı paylaşımda bildirib ki, ölkənin siyasi atmosferinin formalaşmasında əsas məsuliyyət daşıyan hakim partiya bundan sonra öz davranış standartlarını daha yüksək səviyyəyə qaldırır.

Onun sözlərinə görə, qəbul edilən sənəd partiya üzvlərini siyasi polemikada təhqir, alçaltma və şəxsi hücumlardan uzaq qalmağa öhdələndirir. Paşinyan vurğulayıb ki, qarşı tərəfdən gələn təhqirlərə eyni üslubda cavab verilməməsi zəiflik deyil, yeni qəbul edilmiş etik qaydalara sadiqlik kimi qiymətləndirilməlidir.

Baş nazir bildirib ki, cəmiyyətin ictimai-siyasi həyatı daha çox fakta və arqumentə əsaslanan, qarşılıqlı hörmət, nəzakət, şəffaflıq və hesabatlılıq prinsiplərinə söykənən mühitə çevrilməlidir. O, siyasi mədəniyyətin yüksəldilməsi üçün ilk addımı iqtidar partiyasının atdığını qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR