İnsanlara hürriyət, millətlərə istiqlal!

İran BOMBARDMAN edir: Xəstəxana, məktəb, birja binaları, kəşfiyyat mərkəzi... - CANLI

1176 19.06.2025 10:45 Son xəbər A A

İran İsrailə növbəti zərbələr endirməkdə heç bir məhdudiyyət görmür. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Əbdülrəhim Musəvi bildirib.

O deyib ki, İran İsrailə aid olan istənilən hədəfə davamlı olaraq hücum edəcək: “Qarşımızda heç bir məhdudiyyət görmürük".

İranın İsrailə raket zərbələri nəticəsində yaralananların sayı 44-ə çatıb, 3-nün vəziyyəti ağırdır. İran bu gün səhər saatlarında İsrail ordusunun kiber komandanlığının C4I qərargahına və Qav Yamdakı kəşfiyyat mərkəzinə hücum edib. İran İsraildə yaşayış binası və məktəbə raket zərbəsi endirib. Təl-Əvivin şərqində yerləşən İsrail Birjası binası İranın raket hücumunun hədəfi olub.

TVMusavat-ın bu gün saat 11:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Azər Həsrətlə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR